Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:40

Whitney Houston qətlə yetirilib?


Whitney Houston
Whitney Houston
-

Özəl xəfiyyə bildirir ki, əlində Whitney Houston-un öldürülməsini sübut edən video var. O, iddia edir ki, müğənnini narkotik maddə alverçiləri öldürüblər… Bu barədə Londonda çıxan «The Daily Mail» qəzeti yazır.

BORC ÜSTÜNDƏ QƏTL?

Hollivudun özəl xəfiyyələrindən biri deyir ki, məşhur pop ulduzun qətlə yetirildiyini göstərən gizli kamera videogörüntülərini əldə edə bilib.

Özəl xəfiyyə Paul Huebl bildirir ki, bu mühüm dəlili Federal Təhqiqatlar Bürosuna (FTB) təhvil verib. Onun iddiasına görə, videosüjet 48 yaşlı Houston-un narkotik maddə alverçiləri tərəfindən borc üstündə qətlə yetirildiyini göstərir.

O vaxt ilkin tibbi ekspertizanın qərarında deyilirdi ki, Whitney Houston kokain, marixuana və bir neçə dərmandan ibarət «kokteyl» qəbul etdikdən sonra Beverley Hilton otelindəki otağının vannasında boğulub.

Xəfiyyə isə bildirir ki, o, Houston-dan böyük məbləğdə borclarını geri almaq üçün bir neçə qüdrətli narkotik maddə alverçisinin müğənninin üstünə quldur dəstəsi göndərdiyinə dair sübutlar əldə edib. Cənab Huebl hətta borc məbləğini də açıqlayıb: 1,5 milyon dollar.

Whitney Houston-un dəfni
Whitney Houston-un dəfni
O bildirir ki, ölümündən bir gün əvvəl Houston-un otağına kokain gətirilib və şahidlərin dediyinə görə, müğənni məhz bu anda qışqıraraq «bu zibildən təngə gəlmişəm» deyib. Xəfiyyə bəyan edib ki, müğənni borclarını qaytarmadığına görə bundan əvvəl də dəfələrlə narkotik maddə alverçiləri tərəfindən təhdid edilib.

Paul Huebl deyir ki, onun əldə etdiyi gizli kamera video parçasında iki naməlum şəxsin dəfələrlə Beverley Hilton otelinə baş çəkdiyi və Houston-un adamlarına qaynayıb-qarışdığı müşahidə olunur. Xəfiyyə iddia edir ki, məhz bu iki şəxs müğənninin otağına soxularaq onu qətlə yetiriblər.

MÜQAVİMƏT MƏNŞƏLİ XƏSARƏTLƏR

O, müğənninin ölümünün təsadüfi olduğu barədə Los Anceles müstəntiqlərinin gəldiyi nəticə ilə razılaşmadığını bildirib.

«Whitney-nin bədənində müqavimət mənşəli klassik xəsarətlər var və bu onun öz həyatı üçün çarpışdığını göstərir», Huebl deyib.

Özəl xəfiyyə bildirir ki, müğənninin otağında «axtarış» aparıldığını göstərən dəlilləri var. «Enquirer» yazır ki, xəfiyyənin sözlərinə görə, Whitney öldüyü gün 45 dəqiqə ərzində öz otel otağında tamamilə tək qalıb və iki naməlum şəxs məhz həmin vaxt ərzində sivişərək otağa daxil ola biliblər.

Paul Huebl mətbuata deyib ki, əlində olan dəlilləri FTB-nin Çikaqo sahə idarəsinə təqdim edib. O ümid edir ki, FTB bu ölümlə əlaqədar cinayət işi qaldıracaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG