Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 13:37

Azərbaycanda il ərzində qadın məhkumların sayı 33 faiz azalıb


-

Azərbaycanda il ərzində qadın məhkumların sayı 33 faiz azalıb.

Trend-in məlumatına görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov cümə axşamı jurnalistlərə bildirib ki, 4 saylı qadın məhkumların cəzaçəkmə müəssisəsində saxlanılan məhkumların sayı ilbəil azalır. Ötən il müəssisədə 450 qadın məhkum var idisə, indi 300-ə yaxın qadın məhkum var.

Bunu müsbət tendensiya adlandıran Əlixanov deyib ki, qadınlar daha çox dələduzluq, narkotik cinayətləri, qadın alveri, qəsdən adam öldürmə cinayətləri törədirlər.

Onun sözlərinə görə, yetkinlik yaşına çatmayanlar arasında da cinayətlərin sayı azalıb. Ötən illə müqayisədə uşaq tərbiyə müəssisəsində saxlanılan uşaqların sayı iki dəfə azalıb. Həmin müəssisədə 26 uşaq saxlanılır.
XS
SM
MD
LG