Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:53

Moskva Bakını Tbilisinin əli ilə sıxmaq istəyir?


Mətbuat icmalı
Mətbuat icmalı
-

GÜRCÜSTAN-AZƏRBAYCAN DANIŞIQLARI KRİTİK OLACAQ?

«Bizim yol» yazır ki, «Bakıda kritik Gürcüstan Azərbaycan danışıqları olacaq».

Qəzet bu yaxınlarda Gürcüstanın baş naziri Bidzina İvanishvili-nin «Gürcüstanın Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi layihəsində iştirakının dayandırılması ehtimalı haqqında səsləndirdiyi fikirləri əsas gətirir. Qəzet bunu danışıqlarda intriqa yaradacaq amil sayır.

MOSKVA BAKINI TBİLİSİNİN ƏLİ İLƏ SIXMAQ İSTƏYİR

«Yeni Müsavat»a görə, Moskva Bakını Tbilisinin əli ilə sıxmaq istəyir. Qəzet yazır ki, «Azərbaycanı ram etməkdən ötrü Gürcüstanın Moskvaya meyllənməsi və Bakı ilə münasibətlərinin korlanması kifayət edir».

Qəzet Gürcüstanın baş naziri Bidzina İvanishvili-nin hələlik Rusiyanın xeyrinə addımlar atdığını yazır.

«Gürcüstanın yeni oliqarx baş naziri ilə Azərbaycanın oliqarx-məmurları arasında «biznes müharibəsi» gedir. Bu isə gec və ya tez sülhlə bitə bilər. Odur ki, baş verənlərə siyasi kommersiya kimi də baxmaq olar».

SEVİNC BABAYEVANI ÖLKƏDƏN ÇIXARAN QÜVVƏLƏR VAR?

«Azadlıq» qəzeti Fransada mühacirətdə olan sabiq rektor Elşad Abdullayevin yaydığı videoda adı hallanan Sevinc Babayevanın ölkəni necə tərk edə bilməsindən və onun beynəlxalq axtarışa verilməsindən yazır. Qəzetə danışan hüquqşünaslar bu istiqamətdə cəhdlərin göstəriləcəyinə inanmır və hesab edirlər ki, «Sevinc Babayevanı ölkədən çıxaran qüvvələr var».

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG