Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 19:51

Rəsul Quliyev Bakıya nə vaxt qayıdır? (VİDEO-AUDİO)


Bu sualın cavabını keçmiş parlament sədrinin özündən eşidin. AzadliqFM-in qonağı olan Rəsul Quliyev canlı efirdə AzadliqRadiosu dinləyicilərinin və Facebook əhlinin suallarına cavab verir.

-

AzadliqFM - 26 dekabr Facebook şərhləri

-
Rəsul Quliyevə sual ver

AzadliqFM-in qonağı olan Rəsul Quliyev canlı efirdə AzadliqRadiosu dinləyicilərinin və Facebook əhlinin suallarına cavab verir.

Sosial şəbəkələr haqda
Facebookdan
istifadə haqda sabiq spiker deyir ki, müasir dünyada onların əhəmiyyəti böyükdür, onlardan istifadə etmədən yaşamaq mümkünsüzdür. Onun Facebookdakı dostlarının 99 faizi azərbaycanlılardı. "Facebook-da mənimlə dost olmaq istəyənlərlə dost oluram. Heç kimə fərq qoymuram" - deyə Rəsul Quliyev əlavə edir. Onların arasında İsa Qəmbər və ya Əli Kərimli varmı? bu suala cavabı müsahibənin tam versiyasında - audio və ya videoda tapmaq olar


Azərbaycanda seçkilər haqda
Həm 1995-ci il, 1998-ci il və başqa seçkilərdə müxalifətin nümayəndələri xalq tərəfindən xüsusi dəstək görüblər. 2010-cu ildə seçkilər 100 faiz saxtalaşdırıldı.

Rəsul Quliyev Azərbaycandan nə qədər pul çıxarıb?
Bu suala cavab verən spiker deyir ki, 1995-1996-cı ilərdə o Azərbaycanı tərk edəndə Azərbaycanın pulu, bu gün İlham Əliyevin 1 gündə özünə xərclədiyi puldan az idi. "Azərbaycanın pulu var idi? Tam səmimi deyirəm mənim Azərbaycandan pullar çıxarmaqla bağlı deyilənlər səmimi deyil" - deyə Rəsul Quliyev bildirir

Vəzirov, Mütəllibov, Elçibəy, Heydər Əliyev, İlham Əliyev?
Bu liderlərdən hansını daha yaxşı hesab edir sualına spiker necə cavab verdi?

Keçmiş spiker Rəsul Quliyev Bakıya nə vaxt qayıdır?

Bu sualların cavablarını da müsahibənin tam versiyasında - audio və ya videoda tapmaq olar.

Proqramı burada dinlə

XS
SM
MD
LG