Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:31

İlham Əliyev dünya azərbaycanlılarını təbrik edib


Dekabrın 25-də prezident İlham Əliyev bütün azərbaycanlıları Dünya azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik edib.

President.az saytının məlumatına görə, müraciətdə Azərbaycanın sosial-iqtisadi, idman və xarici siyasət sahəsində uğurlu addımlar atdığı vurğulanır. Bu baxımdan 2012-ci ilin uğurla başa vurulduğu qeyd edilir.

Müraciətdə daha sonra deyilir:

«Müstəqil Azərbaycan Respublikası dünyada yaşayan bütün azərbaycanlıların doğma yurdu və güvənc yeridir. Hər bir azərbaycanlı Vətənimizin tərəqqisi, milli mənafelərimizin layiqincə qorunması üçün əlindən gələni əsirgəməməlidir.

Ölkəmizin suverenliyinin möhkəmləndirilməsi, sosial-iqtisadi inkişafının davam etdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, soydaşlarımızın hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təmin olunması kimi mühüm vəzifələrin öhdəsindən uğurla gəlmək üçün əl-ələ verməli, səylərimizi birləşdirməliyik».

Prezident müraciətində bir daha bütün dünya azərbaycanlılarını sıx birliyə və həmrəyliyə dəvət edir.

«Vətənimizin çiçəklənməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsi yolunda əzmkar fəaliyyətə səsləyirəm. Sizi əlamətdar bayram münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, xoşbəxtlik və işlərinizdə uğurlar arzulayıram!», deyə bildirilir.
XS
SM
MD
LG