Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:31

İlham Əliyev: «Biz öz gücümüzə arxalanırıq»


İlham Əliyev
İlham Əliyev
-

«Heç bir ölkə Dağlıq Qarabağı tanımır və bu qondarma, kriminal rejimin idarə etdiyi bir qurum qanunsuz şəkildə fəaliyyət göstərir. Bu qurumun gələcəyi yoxdur, nə hüquqi baxımdan, nə də siyasi və iqtisadi baxımdan».

AzərTAc-ın xəbərinə görə, bunu dekabrın 24-də Sumqayıtda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunmuş yeni yaşayış binasının istifadəyə verilməsi mərasimində danışan prezident İlham Əliyev deyib.

Prezident Dağlıq Qarabağ münaqişəsindən söz açaraq bildirib ki, uzun illərdir azərbaycanlılara qarşı soyqırımı siyasəti həyata keçirilir.

«BU, HEÇ VAXT OLMAYACAQ»

Dövlət başçısı qeyd edib ki, indiki şəraitdə ikinci qondarma erməni dövlətinin Azərbaycanın tarixi torpaqlarında yaradılmasına heç vaxt imkan verilməyəcək.

«Bu, heç vaxt olmayacaq. Çünki dünya birliyi Dağlıq Qarabağı müstəqil qurum kimi tanımır və tanımayacaq. Heç bir ölkə Dağlıq Qarabağı tanımır və bu qondarma, kriminal rejimin idarə etdiyi bir qurum qanunsuz şəkildə fəaliyyət göstərir. Bu qurumun gələcəyi yoxdur, nə hüquqi baxımdan, nə də siyasi və iqtisadi baxımdan».

Prezident Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə məşğul olan vasitəçilərə səslənib:

«Bu məsələnin həllində vasitəçilər daha da fəal olmalıdırlar. İşğalçı dövlətə çox ciddi siqnal verilməlidir ki, işğal edilmiş torpaqlardan çıxsın. Beynəlxalq hüquq normalarını pozmaq olmaz. Ancaq əfsuslar olsun ki, biz belə siqnalları görmürük. Daha çox balanslaşmış ifadələr eşidirik. Əlbəttə, işğalçı dövlət - Ermənistan indiki vəziyyəti, status-kvonu dondurmaq istəyir. Ancaq bu mümkün olmayacaq. Ona görə yox ki, beynəlxalq qurumlar onlara təsir göstərəcək. Biz buna o qədər də çox böyük ümid bəsləmirik. Biz öz gücümüzə arxalanırıq. Bütün məsələlərdə, iqtisadi-siyasi məsələlərdə olduğu kimi bu məsələdə də öz gücümüzə, Azərbaycan xalqının iradəsinə və Azərbaycan ordusunun gücünə güvənirik. Vaxt gələcək, Azərbaycan öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcək. Həm tarixi ədalət, həm beynəlxalq hüquq normaları bu haqqı tanıyır».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG