Keçid linkləri

2026, 26 İyul, bazar, Bakı vaxtı 23:32

Moskva ilə Dehli arasında 3 milyardlıq razılaşma imzalanıb

Foto arxiv
Foto arxiv
Rusiya prezidenti Vladimir Putinin Hindistana səfəri zamanı tərəflər arasında təxminən 3 milyard dollarlıq 2 hərbi razılaşma imzalanıb.

Bunlardan birində Hindistana 71 hərbi vertolyot satılması, digərində isə 42 Su-30 təyyarəsinin Hindistanda yığılmasına lisenziya verilməsi nəzərdə tutulur.

Bundan başqa tərəflər arasında ticarət və texnologiya sahələrində əməkdaşlıq razılaşması imzalanıb.

Vladimir Putin Dehlidə Hindistanın baş naziri Monmohan Singhlə görüşüb.
Liderlər bu görüşün ikitərəfli münasibətlərə təkan verəcəyini qeyd ediblər.
This item is part of
XS
SM
MD
LG