Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:21

Kabildə qadın polis amerikalı mülki təlimatçını güllələyib


Əfqanıstanın paytaxtı Kabildə qadın polis amerikalə hərbi təlimaçını güllələyib.
NATO komandanlığının məlumatına görə, insident polis kompleksinin ərazisində baş verib.

Cinayət istintaq şöbəsinin rəisi Mohammad Zahir bunu “daxili hücum” adalandırıb.

Kabil polis rəisinin müavini Dawood Amin Azadlıq Radiosunun əfqan xitmətinə qadın polisin saxlandığını deyib.

Təkcə bu il törədilmiş bu cür hücumlarda azı 52 NATO əsgəri ölüb.

Əfqanıstanən şimalında isə yerli polis zabiti 5 həmkarını güllələyib.
Əyalətin polis rəisi Abdullah Aziz Ghairatın sözlərinə görə zabit qaçaraq talibançıların tərəfinə keçib.
XS
SM
MD
LG