Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:12

«İlham Əliyev təkcə YAP-ın deyil, Azərbaycan xalqının namizədi kimi seçkilərdə iştirak edəcək»


Əli Əhmədov
Əli Əhmədov
-
«2013-cü il prezident seçkilərində İlham Əliyev təkcə YAP-ın deyil, bütövlükdə Azərbaycan xalqının namizədi kimi iştirak edəcək. İnanırıq ki, 2013-cü il cənab İlham Əliyevin növbəti qələbəsi kimi Azərbaycan tarixinə düşəcək».

Bunu YAP Sədrinin müavini, icra katibi Əli Əhmədov partiyanın 600 mininci üzvünə YAP vəsiqəsini təqdim edərkən deyib. 600 mininci üzv BDU-nun beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin 2-ci kurs tələbəsi, YAP Sabunçu rayon təşkilatının üzvü Rövşən İsmayılov olub.

yap.org.az saytının məlumatına görə, Əli Əhmədov deyib ki, YAP üzvlərinin 40 faizindən çoxunu gənclər təşkil edir. Amma hər il partiya sıralarına qəbul olan minlərlə üzvlərin arasında gənclər 50 faizdən çoxdur.

«Gənclər öz siyasi talelərini YAP-la bağlayırlar. Bu o deməkdir ki, Azərbaycan gəncliyi ölkəmizdə prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti qətiyyətlə dəstəkləyir və bu siyasətin həyata keçirilməsində yaxından iştirak etmək niyyətlərini ifadə edərək YAP sıralarına qoşulurlar. Gənclərin partiyamızın sıralarına axını sadəcə, statistika deyil, bütövlükdə onun gücünün və əzəmətinin artmasının göstəricidir».
XS
SM
MD
LG