Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:53

Hindistanın baş naziri qadınları qoruyacağını vəd edir


New Delhi-də etiraz aksiyası
New Delhi-də etiraz aksiyası
Hindistanın baş naziri Monmohan Singh bazar ertəsi bəyanat yayaraq əhalini sakitliyə çağırıb. New Delhi-də bir tələbənin avtobusda zorlanmasından sonra ölkəni bir neçə gündür zorakı etirazlar bürüyüb.
Singh bildirib ki, “bu dəhşətli hadisənin yaratdığı qəzəb səmimi və əsaslıdır”, ancaq hökumət qadınlara qarşı zorakılığı önləmək üçün tədbirlər görür.
New Delhi polisi şənbə və bazar günləri etirazçıları gözyaşardıcı qaz və su şırnağı ilə dağıdıb. Etirazlar bütün ölkəyə yayılıb. Bazar günü Hindistanın şimal-şərqində bir televiziya reportyoru polisin etirazçılara açdığı atəşdən ölüb.
Dekabrın 16-da 23 yaşlı bir tibb tələbəsi avtobusda qəddarlıqla döyülüb və zorlanıb. Etirazçılar cinayətdə suçlanan altı kişiyə ölüm cəzası tələb edirlər.
XS
SM
MD
LG