Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:06

«Təhlükəsiz şərait Naxçıvana gələn turistlərin sayını artırır»


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!

28 sentyabr 2012-ci il. Sayı: 184(20.589)


MƏDƏNİ İRSİMİZİN QORUNMASI DİQQƏT MƏRKƏZİNDƏDİR
...Və nəhayət, ölkə Prezidenti cənab İlham Əliyevin «Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırlması haqqında» 2007-ci il 20 aprel tarixli Sərəncamının nəticəsi olaraq, əksər ölkə kitabxanaları kimi, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının da inkişafına yeni üfüqlər açılmışdır. Belə ki, kitabxana binası əsaslı təmir və yenidənqurmadan sonra 2007-ci il sentyabrın 17-də istifadəyə verilmişdir. Zirzəmi ilə birlikdə üç mərtəbədən ibarət olan binada yenidənqurma işləri yüksək səviyyədə həyata keçirilmiş, binanın zirzəmisində fərdi qazanxana yaradılmış, müasir istilik və işıqlandırma sistemləri quraşdırılmışdır. Oxucuların və əməkdaşların istifadəsinə verilən kompyuterlərin internet sisteminə qoşulması və dünya informasiya sistemi ilə əlaqələrin qurulmasına geniş imkanlar yaratmışdır. Elə həmin il kitabxanaya «Respublika əhəmiyyətli kitabxana» statusu verilmişdir.
...Ali Məclisin Sədri kitabxanada olmuş, kitabxananın elektron sisteminə keçidi ilə əlaqədar tapşırıqlar vermişdir.
TURİZM İQTİSADİ İNKİŞAFIN BƏHRƏSİ VƏ ONA TƏSİR EDƏN MÜHÜM AMİLLƏRDƏN BİRİDİR
...Ölkəmizin hər bir guşəsi kimi, onun qədim insan və mədəniyyət məskəni, təbii sərvətlər muzeyi, «Şərqin qapısı» adlandırılan Naxçıvan Muxtar Respublikası bu gün müasir turistlərin ən çox sevdiyi məkanlardandır. Bir vaxtlar sərhədyanı bir region kimi xarici turistləri üzünə bağlı tutulan muxtar respublika indi bütün imkanları ilə ölkəmizin digər yerlərindən və xarici ölkələrdən gələn turistlərin üzünə açıqdır. 24 saat nümunəvi xidmət göstərən gömrük – keçid məntəqələri, ən müasir təyyarələrin enib – qalxdığı hava limanı, etibarlı yol – nəqliyyat infrastrukturu, müasir komfort standartlarına cavab verən mehmanxanalar və turistlərin muxtar respublikanın hər bir nöqtəsində rahat hərəkətini təmin edən təhlükəsiz şərait hər keçən gün Naxçıvana gələn turistlərin sayını artırmaqdadır. Bu baxımdan yurdumuzun zəngin təbii sərvətindən və tarixi – mədəni ehtiyatlarından istifadə edərək turistlərə peşəkar xidmət göstərilməsi, bununla da əhali rifahında özünü göstərə bilən yaxşı turizm gəlirlərinin əldə olunması bu gün qarşıda duran ən vacib məsələlərdəndir.
DİGƏR MƏQALƏ BAŞLIQLARI:
- Ahıllar arasında nərd yarışı
- Əncir və onun müalicəvi əhəmiyyət
- Milli dəyərimiz - Yallı
XS
SM
MD
LG