Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:06

Lavrov: "Moskva Bashar Assada sığınacaq vermək fikrində deyil"


Rusiyanın xarici işlər naziri Sergei Lavrov
Rusiyanın xarici işlər naziri Sergei Lavrov
“ Moskva” Suriya prezidenti Bashar Assada sığınacaq vermək və ya bu məsələdə vasitəçi olmağı planlaşdırmır”.
Bunu Rusiyanın xarici işlər naziri Sergei Lavrov bildirib.

O Brüsseldən dönərkən təyyarədə jurnalistlərə bildirib ki, çox güman ki, heç bir ölkə Suriyaya hərbi müdaxilədə maraqlı deyil.

Lavrovun fikrincə, Suriya münaqişəsində tərəflərdən heç biri qalib gəlməyəcək, Suriya müxalifətinin qərb müttəfiqləri isə ona nüfuzu getdikcə itirir.

O qeyd edib ki, BMT və Ərəb lİqası dövlətlərinin Suriya üzrə xüsusi elçisi Lakhdar Brahimi yeni ilədək Moskvaya gələ bilər.
XS
SM
MD
LG