Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:41

Porno ulduza çevrilən kənd qızı


-

"Qanun" nəşriyyatı türk yazar Hakan Gündayın "AZ" əsərini Azərbaycan dilində çap etdi.

Müasir Türkiyənin ucqarları...

Terroristlərin tüğyan elədiyi bir bölgədə uşaq evindən Dərda adlı on iki yaşlı bir qız çıxarılır və qohumları tərəfindən Londonda yaşayan başqa bir türkə satılır.

Dərda razılaşmasa da, işgəncələrə məruz qalaraq taleyinə boyun əyir. Qızcığaz üçün saxta sənədlər düzəldərək onu ölkədən çıxarıb Londona, türk icmasının sıx yaşadığı bir məhəlləyə gətirirlər.

Beləliklə, Türkiyənin ucqar kəndindən başqa heç nə görməyən qızcığaz sivilizasiyanın ortasına düşür. Bəs burada onun qarşısına nə çıxacaq? – heroin dumanı, sado-mozoxistlər, gizli çəkilən porno video biznesi – və nəhayətdə, başında hicab Londona gələn Dərdanın öz həmvətənlərindən qaçıb qurtularaq, porno-ulduza çevrilməsi, daha nələr nələr…

Lakin bu hələ əsərin ilk hissəsidir. İkinci hissədə isə oxucular daha maraqlı və qeyri-adi metamarfozalarla üzləşəcək.

Türkcədən tərcümə: Nərmin Hüseynzadə

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG