Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:59

Hüquq müdafiəçilərini həbsxanada zəhərləyiblər?


Foto: Arxiv
Foto: Arxiv
-
«Fərhad Əliyevlə görüşdə bizi zəhərlədilər». «Bizim yol»un yazdığına görə, bunu hüquq müdafiəçisi Arzu Abdullayeva deyib.

«... Arzu Abdullayeva deyib ki, bir neçə ay öncə əməkdaşı Bayram Sadıqovla birlikdə həbsdə olan keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevlə görüşüblər. Bu görüşdə onları zəhərləyiblər. Belə ki türmədə onlara verilən çayda zəhərli maddə olub. «Çayı bizə bir nəfər gətirdi. Biz də çaydan bir az içdik. Bir müddətdən sonra bayram müəllimin də, mənim də halım pisləşdi.... Həbsxanada çayı gətirən həmin şəxs Penitensiar Xidmətin əməkdaşlarına bənzəmirdi. O, məhkuma da oxşamırdı. O daha çox öyrədilib ora göndərilən adama bənzəyirdi…»».

«İLHAM ƏLİYEV HƏR BİR AZƏRBAYCANLININ PREZİDENTİDİR»

«Yeni Azərbaycan» qəzeti yazır ki, «İlham Əliyev hər bir azərbaycanlının prezidentidir».

Qəzetin analitik qrupu adından yazılan məqalədə deyilir:

«Həyata keçirdiyi daxili və xarici siyasət strategiyasının səmərəliliyi səviyyəsinə, real inkişafına və özünün liderlik keyfiyyətlərinə görə İlham Əliyev hər bir azərbaycanlının prezidenti olduğunu sübut edib».

RUSİYA ERMƏNİSTANI HARA ÇƏKİR?

«Zerkalo» qəzeti yazır ki, Rusiya Ermənistanı Asiyaya çəkir:
Bidzina Ivanishvili
Bidzina Ivanishvili

«Bəlkə də Azərbaycanın hakim elitası özünü avroatlantik məkandan çox Asiyada daha rahat hiss edə bilər. Amma seçim yoxdur. Azərbaycanın xarici siyasət vektoru 1994-cü ildə «əsrin müqaviləsini imzalayıb»…

AZƏRBAYCANIN 1.5 MİLYARD XƏRCLƏDİYİ QARS-AXALKALAKİ GÜRCÜSTANA LAZIM OLMAYA BİLƏR

«Yeni Müsavat» Gürcüstanın Baş naziri «Ivanishvili-dən Azərbaycana 1.5 milyardlıq təhdid» olduğunu yazır. Gürcüstan mətbuatına istinad edən qəzetə görə baş nazir Qars-Axalkalaki dəmiryolunun tikintisinin hansısa məqamda onlara lazım olmaya biləcəyini deyib:

«Biz yumşaq şəkildə dost ölkəyə izah edəcəyik ki, hansısa mərhələdə bu layihə Gürcüstana sərf etməyə bilər. Məsələ nizamlanma tələb edir».

MALYARİYASIZ AZƏRBAYCAN

«Exo» qəzeti yazır ki, «Azərbaycan malyariyadan azad ölkələrin siyahısına düşmək istəyir».

Foto: Arxiv
Foto: Arxiv
Qəzet il ərzində Azərbaycanda 3 malyariyaya yoluxma halının qeydə alındığını yazır. Qeyd olunur ki, bunun da biri gəlmə, iki hal isə yerli olub:

«Amma yerli ekspertlər hesab edirlər ki, bəzi xarici informasiya portallarında Azərbaycanda vəziyyətin pis olması barədə yazılanlarda siyasi fon var».

«Ayna» qəzeti «Dünən dünyanın sonu olmadı» yazır. Şamaxı Rəsədxanası hələ 5 milyard il yaşayacağıq deyir. Amma qəzet Merkuri, Saturn və Veneradan ibarət mini-paradın davam etdiyini bildirir.

ELŞAD ABDULLAYEV QARDAŞININ MƏSƏLƏSİNİ YAP-LA DA HƏLL ETMƏK İSTƏDİYİNİ DEYİR

«Azadlıq» qəzeti Elşad Abdullayevin yeni məktubunu dərc edib. Fransada mühacirətdə olan sabiq rektor bu dəfə məktubunda digər YAP-çıların adını çəkib:

«Mən MTN-in zabiti Mahir Abdullayevin oğurlanmasını YAP-ın vasitəsilə də həll etmək istədim və buna görə Siyavuş Novruzova müraciət etdim. Siyavuş Novruzov mənə bildirdi ki, Milli Təhlükəsizlik naziri Eldar Mahmudov onun yaxın qohumudur, Mahirin məsələsini onunla həll edəcək. ... Lakin bu məsələnin həllində onun aciz olduğunu gördüm…».

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG