Keçid linkləri

2025, 08 Dekabr, bazar ertəsi, Bakı vaxtı 12:03

Gürcüstan əsgəri Əfqanıstanda itkin düşüb



Əfqanıstandakı NATO koalisiyasının sözçüsü bildirib ki, dekabrın 19-da ölkənin cənub əyalətlərindən birində xidmətdə olan gürcü əsgər itkin düşüb. NATO əsgərin tapılması üçün tədbirlər görüldüyünü bildirir.

Gürcüstanın Müdafiə Nazirliyi də dekabrın 21-də əsgərinin itkin düşdüyünü təsdiqləyib. Amma nazirlik hadisə ilə bağlı ətraflı məlumat verməyib.

Gürcüstan Əfqanıstanda ən çox hərbçiləri olan qeyri-NATO ölkəsidir. Bu ölkə Əfqanıstandakı beynəlxalq anti-terror koalisiyasına 1 570 əsgər verib. Son üç ildə 18 gürcü əsgər həlak olub.
XS
SM
MD
LG