Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:19

Lukashenka ölkəsinin bəs qədər qızıl-valyuta ehtiyatlarının olduğunu deyir


Belorusun prezidenti Alyaksandr Lukashenka (Aleksandr Lukaşenko) bildirib ki, ölkəsinin milli valyutasını dəyərdən düşməyə imkan verməyəcəklər. Prezident dekabrın 21-də deyib ki, ölkəsinin qızıl və xarici valyuta ehtiyatları kifayət qədərdir və hazırda hökumət milli valyutanı möhkəmləndirmək üçün tədbirlərə hazırlaşır.

2010-cu ildən bəri Belorus rublu kəskin dəyər itirib.

Lukashenka həmçinin Pekinin Minskə aşağı faizlə 1 milyard dollar kredit verməyə razılaşdığını deyib. Prezident 2 milyard dollar kredit üçün də Rusiyaya müraciət etdiklərini bildirir: “İndi ki, biz qardaşıq, gərək bu böhranlı günlərdə Moskva bizə kömək etsin” – deyə Lukashenka əlavə edib.

Prezidentin sözlərinə görə artıq Rusiya 2013-cü ildə Belorusa 23 milyon ton neft verməyə razılaşıb.
XS
SM
MD
LG