Şimali Koreya öz ərazisində ABŞ vətəndaşını tutduğunu bildirir. Rəsmi informasiya agentliyi dekabrın 21-də yaydığı məlumatında bildirir ki, Bae Jun-ho adlı ABŞ vətəndaşı noyabrın 3-də bu ölkənin ərazisinə daxil olub. Agentlik Bae-nin “cinayətlərinin sənədlərlə sübut olunduğunu” yazsa da konkret hansı əməldə ittiham olunduğunu bildirmir.
Cənubi Koreyada olan insan haqları fəalları Koreya əslli ABŞ vətəndaşı Bae-nin Şimali Koreyaya turist səfərlərində bələdçi kimi çalışırmış.