Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

Pirallahı rayonu yaradıldı


Mili Məclis
Mili Məclis
-
Pirallahı Bakının sayca 12-ci rayonu oldu. Bu rayona Pirallahı, Çilov və Neft Daşları aid olacaq. Ümumilikdə 18.000 əhalinin yaşadığı bu ərazilər Xəzər rayonu daxilindədir.
Deputat Qüdrət Həsənquliyev yeni rayonun yaradılmasına qarşı çıxıb. Deyib ki, ölkədə normal idarəetmə olsa, yeni rayona ehtiyac qalmaz. Deputatın fikrincə, yeni rayonda prokurorluq, məhkəmə yaradılacaq ki, bu da büdcəyə ağırlıq salacaq, üstəlik, gələcəkdə ölkədə məmur olmayan qalmayacaq.
Bahar Muradova
Bahar Muradova
Deputat Bahar Muradova isə bu fikirlərə etiraz edib, bildirib ki, yeni rayon insanların həyat şəraitinin yaxşılaşdırılması üçün yaradılır. “Yeni iş yerləri də elə bacı –qardaşlarımız üçündür. Bu yaxşı işə neqativ münasibət göstərmək xoş deyil” Muradova əlavə edib.
Parlamentdə bugünkü müzakirələrdən o da bəlli olub ki, qonşu rayonlardan Gəncəyə 2.700 hektar torpaq veriləcək. Gəncədən də Göygöl və Samuxa torpaq ayrılacaq.
“MƏDƏNİYYƏT HAQQINDA” QANUNUN LAYİHƏSİ ÜÇÜNCÜ OXUNUŞDA MÜZAKİRƏYƏ ÇIXARILIB
Milli Məclisin bu gün keçirilən iclasında "Mədəniyyət haqqında" qanununun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən parlamentin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib ki, bundan öncəki müzakirələrdə İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanovanın irəli sürdüyü təklif və qeydlər,
vitse-spiker Valeh Ələsgərovun qanundakı terminlərin milliləşdirilməsi ilə bağlı təkliflərinin maksimum nəzərə alınıb. O, Vergilər Nazirliyi və Maliyyə Nazirliyinin mütəxəssislərinin də qanun layihəsi üzərində ciddi çalışdıqlarını qeyd edib.

Millət vəkili Fəzail İbrahimli bildirib ki, Azərbaycan xalqı türk soyundandır, müstəqillik illərində bununla bağlı ölkədə kifayət qədər araşdırma aparılıb və bu məsələ sübutunu tapıb.

VALEH ƏLƏSGƏROV: «HƏLƏ MEŞƏLƏRDƏ GƏZİRDİLƏR…»

Vitse-spiker Valeh Ələsgərov bildirib ki, «Mədəniyyət haqqında qanun»un müzakirəsi zamanı gərginliyin yaranması 21 dekabr Qiyamət Günü gərginliyi ilə bağlı ola bilər. O, qanun layihəsində kommersiya sözünün yazılmasına etiraz edib: «Ola bilməz ki, kommersiya sözü əmtəə, ticarət, dövriyyə sözləri ilə əvəzlənsin. Bizim dədə-babalarımız ticarətlə məşğul olanda kommersiya sözünü çıxaranlar hələ meşələrdə gəzirdilər».
-
SİYASİ MƏHBUSLAR MƏSƏLƏSİ...

«Təklif edirəm ki, başda Nigar Yaqublu olmaqla, siyasi məhbus kimi həbsdə olunanlar əfv edilsin». Bu təkliflə millət vəkili Qüdrət Həsənquliyev parlamentin dekabrın 21-də keçirilən iclasında çıxış edib.
Fazil Mustafa
Fazil Mustafa
Deputat Fazil Mustafa isə Gürcüstanda yaşayan azərbaycanlıların problemləri ilə bağlı məsələləri qaldırıb. Deputat deyib ki, Azərbaycana qohumlarının yanına gələn azərbaycanlılar bir həftə ləngiyən kimi 400 manat cərimə olunurlar. “Azərbaycanlılar üçün bu fərqli, simvolik olmalıdır. İran və Türkiyə ilə vizanın aradan qaldırılmasına dair məsələyə baxılmalı və müvafiq qərar qəbul edilməlidir”.
Deputat Qənirə Paşayeva Qüdrət Həsənquliyevin əfv təklifini və Fazil Mustafanın Gürcüstanda yaşayan azərbaycanlıların probleminin həlli istiqamətində qaldırdığı təklifləri dəstəkləyib. Qənirə Paşayeva uşaqların övladlığa verilməsi ilə bağlı qanunvericilikdə dəyişiklik edilməsini, eyni zamanda uşaq evlərində böyümüş uşaqların
ali məktəblərə daxil olarkən ödənişlərdən azad olunmasını təklif edib.

SİYAVUŞ NOVRUZOV: AZƏRBAYCANDA SİYASİ MƏHBUS YOXDUR
YAP-dan olan millət vəkili Siyavuş Novruzov isə deyib ki, Azərbaycanda siyasi məhbus yoxdur. Amma törətdiyi bu və ya digər cinayətə görə məhkum olunanlar var: «Məhkəmənin mürəkkəbi qurumamış siyasi məhbus məsələsini ortalığa atırlar. Azərbaycan məhkəməsi ən aşağı həddi müəyyənləşdirib. Bu konkret olaraq cinayət hadisəsidir. Əgər hansısa YAP-çı belə bir hadisə törətsəydi səs-küyü AŞPA-ya gedib
çıxacaqdı».

21 DEKABR MƏSƏLƏSİ...
Zahid Oruc
Zahid Oruc
Çıxışa dini kəlamlarla başlayan deputat Zahid Oruc deyib ki, Azərbaycan 21 dekabr məsələsindən sağ-salamat çıxıdı: «Ümid edirəm ki, bu gün ölkənin regionlarında elektrik enerjisinin təchizatında hər hansı problem olmayacaq. Azərbaycanlılar bundan sonra dünyanın belə biznes layihəsinə inanmayacaqlar».
Deputat Avropa Şurası ilə əlaqələrə yenidən baxmağı və yeni sənədlər əsasında əməkdaşlığı davam etdirməyi təklif edib.
Spiker Oqtay Əsədov isə Z. Orucun fikrlərinə münasibət bildirərək deyib ki, Avropa Şurası Azərbaycana qarşı ikili standartlarla yanaşır: «Ermənilərə münasibətdə isə tam fərqlidirlər. Biz bütün öhdəlikləri yerinə yetiririk. İndi yeni öhdəliklər, yüklər götürməliyik?»

PARLAMENT HAKİMLƏRİN TƏYİN OLUNMASI BARƏDƏ QƏRARLAR QƏBUL EDİB

Milli Məclisin bu gün keçirilən iclasında Ali Məhkəmənin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və Sumqayıt Apellyasiya Məhkəməsinin hakimlərinin təyin olunması barədə məsələyə baxılıb.

Milli Məclis Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi İslam Əliyevi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədr müavini İlham Cəfərovu Azərbaycan Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi, səlahiyyət müddəti 2013-cü il yanvarın 2-də başa çatan İlqar Mirzəyevi yenidən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi, səlahiyət müddəti 2013-cü il yanvarın 2-də başa çatan Hüseyn Nəbiyevin təkrar Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi
təyin edilməsi barədə təklifi təsdiqləyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG