-
Cümə axşamı Respublikaçılar vergilərə dair qanun layihəsinə yetərli səs toplaya bilməyiblər. Nümayəndələr Palatası bir də Milad bayramından sonra toplaşacaq. Palatanın spikeri John Boehner qısa bəyanatda bildirib ki, Respublikaçıların “B planı” qəbul olunmaq üçün palata üzvlərinin yetərli səsini qazana bilməyib.
Plan ildə 1 milyon dollardan çox təmiz gəliri olan ailələrin vergilərini artırmağı, eyni zamanda digər vergi güzəştlərini genişləndirməyi nəzərdə tutur.
ABŞ Prezidenti Barack Obama bu qanun layihəsinə veto qoyacağını bildirib. Həm Nümayəndələr Palatası, həm də Senat rəhbərləri gələn həftə işləyəcəklərinə eyham vurublar.
2013-cü il yanvarın 1-dək razılaşma əldə olunmasa, vergilər avtomatik qalxacaq ki, bu da gələn il ABŞ iqtisadiyyatında böhran yarada bilər.