Keçid linkləri

2017, 23 Sentyabr, şənbə, Bakı vaxtı 15:12

Talibançının meyitini murdarladığına görə cəzalandı


ABŞ əsgərləri
-
ABŞ Dəniz Qüvvələri serjantı Joseph Chamblin Taliban döyüşçülərinin meyiti üstünə sidik ifraz etdiyini və bu vəziyyətdə şəkil çəkdirdiyini boynuna alıb. Cümə axşamı keçirilən xüsusi məhkəmədə o, meyiti murdarlamaq, gənc dəniz piyadalarına nəzarət edə bilməmək, eləcə də döyüş meydanında meyitlərlə şəkil çəkdirməyə görə mühakimə olunub.
Chamblin 30 günlük həbs cəzası alıb, 2.000 dollar cərimə olunub və rütbəsi azaldılıb.
Serjant Chamblin və digər dəniz piyadalarının Əfqanıstanın Helmand vilayətində əməliyyatdan sonra üç Taliban yaraqlısının cəsədini murdarladığını göstərən video 2011-ci ilin iyulunda YouTube və digər veb-saytlarda yayılıb.
ABŞ Müdafiə naziri Leon Panetta o zaman bildirmişdi ki, hadisə təəssüf doğurur və təhqiqat aparılacaq.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG