Keçid linkləri

2026, 24 İyun, çərşənbə, Bakı vaxtı 23:37

Moskva İranınla danışıqların bərpasına ümidlə yanaşır

Foto arxiv
Foto arxiv
Moskva İranın nüvə proqramı ilə bağlı danışıqların növbəti mərhələsinin yanvarda baş tutacağına ümidlə yanaşır.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında görüşün yeri və vaxtı barədə Tehranla danışıqlar aparıldığı bildirilir.
Danışıqlarda ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Çin və Rusiya iştirak edir.

Beynəlxalq Atom Enerjisi Agentliyi ilə İran danışıqların bərpa edilməsi ilə bağlı tərəflər arasında irəliləyiş olduğunu bəyan ediblər.

Beynəlxalq aləm İranı gizlicə nüvə silahı üzərində işləməkdə təqsirləndirir.
Tehran ittihamı rədd edir, nüvə proqramının dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.
This item is part of
XS
SM
MD
LG