Keçid linkləri

2026, 10 May, bazar, Bakı vaxtı 18:57

BMT rəsmisi Suriya böhranının etnik münaqişəyə çevrildiyini deyir

Suriyadakı daxili münaqişə getdikcə dinlərarası münaqişəyə çevrilir.
Bunu BMT-nin Suriyada insan haqlarının pozulması hallarını araşdıran komissiyasının rəhbəri Paulo Pinheiro (Paulu Pineyru) bəyan edib.

O qeyd edib ki, son iki ay ərzində gedən toqquşmalar münaqişənin prezident Bashar Assadın mənsub olduğu ələvilərlə çoxluqda olan sünnilərin davasına çevrildiyini göstərir.
Hər iki tərəf xaricdən könüllülər cəlb edir, ölkədəki digər dini və etnik qruplar isə özünümüdafiə birləşmələri yaradırlar.

BMT-nin baş katibi Ban Kİ Moon illik mətbuat konfransında çıxış edərkən bildirib ki, Suriyada hökumətlə üsyançılar arasında dialoqun əlamətləri belə görünmür.
This item is part of
XS
SM
MD
LG