Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 04:36

RATI-nin Naxçıvan müxbiri Elman Abbasov hədələndiyini deyir


Elman Abbasov
Elman Abbasov
-

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) əməkdaşı Elman Abbasov dekabrın 20-də ona bilinən nömrədən zəng gəldiyini və özünü tanıtmayan bir şəxs tərəfindən hədələndiyini söyləyib:

«Dəfələrlə soruşdum, kimliyini açıqlamadı. Dedi ki, siz özünüzü nə hesab edirsiniz və niyə mətbuata açıqlamalar verib, guya hədələndiyinizi bildirirsiniz? Səviyyə və savadımın olmadığını, amma özümü jurnalist və hüquq müdafiəçisi saydığımı söylədi. Daha sonra təhqirə keçdi. Yenə kimliyini soruşanda, «görüşəndə görərsən kiməm. Oturub söhbətləşərik, səni başa salarıq, başına oyun açarıq, görərsən» dedi. Bundan sonra 102-yə – yerli polisə zəng vurdum. Telefon nömrəsini onlara bildirdim. Qeydə alıb, araşdıracaqlarını söylədilər».

Bir gün öncə, dekabrın 19-da Elman Abbasov və «Turan»ın Naxçıvan üzrə müxbiri İlqar Nəsibov Naxçıvan şəhərində naməlum şəxsin hücumlarına məruz qaldıqlarını bildirmişdilər.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən jurnalistlərin hücuma məruz qalmaları və hədə-qorxu zəngi ilə bağlı məlumatsız olduqlarını bildirdilər.
XS
SM
MD
LG