Keçid linkləri

2024, 21 Aprel, bazar, Bakı vaxtı 02:46

Şəki və şəkililər bu dəfə CNN-də göründü


Şəki
Şəki
-
Reportajda qədim «İpək yolu»nun Şəkidən keçməsi də, şəkililərin güclü yumor hissi olması da vurğulanıb

Mədəniyyət və Turizm Nazirliyi ilə ABŞ-ın CNN telekanalı arasında əməkdaşlıq çərçivəsində Azərbaycanın qədim guşələrindən biri olan Şəki haqqında reportaj hazırlanıb.

Xəbəri Mədəniyyət və Turizm Nazirliyinin saytı yayıb.

Reportajda qədim «İpək yolu»nun üzərində yerləşən Şəkinin geniş turizm potensialı, zəngin tarix və mədəniyyət abidələri, əl sənətkarlığı nümunələri, təbii sərvətləri haqqında bilgi verilir. Onun keçmiş dövrlərdən mühüm ticarət mərkəzlərindən biri olması bildirilir.
Reportajda Şəkinin Sovetlər dönənimdə bölgənin əsas ipək istehsalçılarından biri olduğu və hazırda da regionda ipək istehsalının müasir üsullarla davam etdirildiyi xəbər verilir.

Materialda şəkililərin qonaqpərvərliyi və güclü yumor hissinin olduğu da vurğulanır.

Mədəniyyət və Turizm Nazirliyi CNN telekanalı ilə 2006-cı ildən əməkdaşlıq edir və telekanalda Azərbaycanın turizm potensialına dair müxtəlif növ reklam çarxları yayımlanır, bir sıra silsilə verilişlər efirə verilir.

Reportajı buradan izləyə bilərsiniz.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG