Keçid linkləri

2026, 01 Aprel, çərşənbə, Bakı vaxtı 23:34

AŞPA-nın qış sessiyasının gündəliyi açıqlanıb

Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə həsr olunmuş hesabat AŞPA-nın yanvarın 21-25-də Strasburqda keçiriləcək qış sessiyasının gündəliyinə daxil edilib.

APA-nın məlumatına görə, həmməruzəçilər Pedro AgramuntJoseph Debono Grech-in hazırladığı hesabat, həmçinin Christoph Strässer-in «Azərbaycanda siyasi məhbuslar məsələsində atılmalı olan addımlar» adlı hesabatı sessiyanın 23 yanvar tarixli iclasında müzakirə olunacaq.

Bundan başqa qış sessiyasının gündəliyinə AŞPA-nın prezident və vitse-prezidentlərinin seçilməsi, Kosovoda vəziyyət, Avropa Yenidənqurma və İnkişaf Bankının fəaliyyəti, «Gürcüstan və Rusiya: münaqişə zonalarında humanitar vəziyyət» adlı hesabat, Avropada azad media ilə bağlı vəziyyət, gender bərabərliyi, əmək miqrantlarının traffikinqi kimi məsələlərin müzakirəsi daxil edilib.
This item is part of
XS
SM
MD
LG