Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:32

TÜRKSOY «Mirzə Fətəli Axundzadə ili»nə yekun vurub


Mirzə Fətəli Axundzadə
Mirzə Fətəli Axundzadə
-
TÜRKSOY təşkilatı Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi münasibətilə bu ilin yanvarında elan olunmuş «Mirzə Fətəli Axundzadə ili» çərçivəsində yekun tədbirlərini keçirib.

Xəbəri Mədəniyyət və Turizm Nazirliyinin saytı yayıb.

Xəbərdə bildirilir ki, tədbirlərdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.

Dekabrın 14-də Şimali Kiprin Doğu Akdeniz Universitetində keçirilən tədbirdə təhsil ocağının rektoru, professor Abdullah Öztoprak, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Şimali Kiprin turizm, ekologiya və mədəniyyət naziri Ünal Üstel çıxış edərək tədbirin Azərbaycan ədəbiyyatının zəngin irsinin təbliği baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Azərbaycan yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Doğu Akdeniz Universitetinin professorları Cem Tanova, Yavuz Akpınar, dosent Adnan Akgün, Azərbaycan Milli Kitabxanasının direktor müavini Gülbəniz Səfərəliyeva M.F.Axundzadənin həyat və yaradıcılığından söhbət açıblar.

Növbəti tədbir dekabrın 17-də Ankarada, Türkiyə Milli Kitabxanasında keçirilib.

Xalq yazıçısı Anar, Avrasiya Yazıçılar Birliyinin sədri Yakub Dəliöməroğlu, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Qazaxıstan Beynəlxalq Türkologiya Mərkəzinin direktoru Erden Kajıbek M.F. Axundov yaradıcılığının məziyyətlərindən, xüsusilə türk dünyasında vahid əlifba və dilin formalaşmasındakı xidmətlərindən danışıblar.

Hər iki tədbirin sonunda rejissor Ramiz Həsənoğlunun quruluş verdiyi «Sübhün səfiri» filmi nümayiş olunub.

«M.F.Axundzadə ili» çərçivəsində son tədbir dekabrın 18-də İstanbul Aydın Universitetində gerçəkləşib.

Beləliklə, TÜRKSOY «Mirzə Fətəli Axundzadə ili»nə yekun vurub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG