Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:04

«Fərqli Düşüncə» qəzetinin Gəncədə yayımına polis mane oldu


«Fərqli Düşüncə» qəzeti
«Fərqli Düşüncə» qəzeti
-
«Fərqli Düşüncə» qəzetini Gəncədə paylayan Kəmaləddin Məmmədov polis təzyiqlərinə məruz qalıb.

Bu barədə AzadlıqRadiosuna qəzetin təsisçisi və redaktoru Şahvələd Çobanoğlu məlumat verib.

Onun dediyinə görə, Kəmaləddin Məmmədovu iki polis əməkdaşı saxlayıb və Gəncə şəhər Polis İdarəsinə aparıb:

«Kəmaləddinin dediyinə görə, polislər onu döyərək hədə-qorxu gəliblər. Sonra aparıblar polis rəisinin yanına və ona cinayət işi açılacağı ilə hədələyiblər. Təkidlə qəzetləri kimdən və haradan aldığını soruşublar. O da qorxusundan qəzeti dostlarından götürdüyünü deyib. 500-ə qədər qəzeti müsadirə ediblər. 5-6 saat saxlayandan sonra gecə buraxıblar».

Gəncə post patrul xidməti əməkdaşlarından biri Kəmaləddin Məmmədovun saxlanıb idarəyə aparıldığını təsdiqləyib. Onun döyülməsi barədə deyilənləri polis yalanlayıb. Polis əməkdaşının dediyinə görə, Kəmaləddin Məmmədovun qəzeti pulsuz paylaması onlarda şübhə yaratdığından onu idarəyə aparıblar.

«Fərqli düşüncə» qəzeti 2010-cu ildən çıxan həftəlik nəşrdir və pulsuz paylanır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG