Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

ABŞ səfiri: Azərbaycanın gələcəyi üçün güclü təhsil sistemi qurulmalıdır


Richard Morningstar
Richard Morningstar
-

Azərbaycanın parlaq gələcəyi var və inanıram ki, ölkəniz bölgədə və dünyada qabaqcıl iqtisadiyyata malik dövlətlərdən birinə çevriləcək. Trend-in məlumatına görə, bu fikirləri ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunda (CEIBC) keçirilən görüşdə söyləyib.

«Bunun üçün ölkədə bir sıra mühüm addımların atılması vacibdir. Hazırda iqtisadiyyatın şaxələndirilməsi ən vacib məsələlərdən biridir», səfir deyib.

Morningstar bildirib ki, qarşıdakı 10 ildə Azərbaycan neft sektorundan asılılığı aradan qaldırmaq üçün ciddi tədbirlər həyata keçirməlidir.

«Azərbaycanda sosial sahələrin inkişafına böyük sərmayə qoyulur və bu, ölkə üçün çox əhəmiyyətlidir. Amma ölkənin gələcəyi üçün güclü təhsil sistemi qurulmalıdır», səfir deyib.

Onun sözlərinə görə, neft-qaz istehsalının getdikcə azalacağını nəzərə alaraq, Azərbaycan qeyri-neft sektorunu inkişaf etdirməlidir.

Səfir, həmçinin qeyd edib ki, ABŞ «Cənub dəhlizi»ni dəstəkləyir və bu layihədə çox aktivdir.

«ABŞ qlobal təchizatın artırılmasında maraqlıdır. ABŞ Bakı-Tbilisi-Ceyhan neft boru kəmərindən neft almır. Amma bu o demək deyil ki, başqa ölkələrin neft və qaza olan tələbatını dəstəkləmirik. Hazırda Bakı-Tbilisi-Ceyhan neft boru kəmərindən müxtəlif ölkələr faydalanır. Ümumilikdə ABŞ qlobal neft-qaz təchizatının artırılmasında maraqlıdır», Morningstar qeyd edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG