Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:46

BMT Pakistanda polimelidə qarşı peyvəndi dayandırıb


BMT əməkdaşlarının qətlindən sonra Pakistanda polimelidə qarşı peyvənd əməliyyatını dayandırıb.

Bu barədə UNİSEF uşaq fondunun nümayəndəsi Michael Colemen məlumat verib.

Bu gün Pakistanın Çarsadda rayonunda təşkilatın daha 2 əməkdaşı öldürülüb.
Həftənin əvəllərində isə təşkilatın 6 əməkdaşı öldürülüb ki, onlardan 5-i qadındır.
Bu hücumlara görə cavabdehliyi hələlik heç kim üzərinə götürməyib.
Amma Taliban dəfələrlə bu əməliyyatda iştirak edənlərin casus olduqlarını, peyvəndin isə insan orqanizmi üçün zərərli olduğunu bəyan edib.

Beynəlxalq Səhiyyə Təşkilatı ilə UNİSEF bu hücumları pisləyib.

Pakistan, Əfqanıstan və Nigeriya dünyada polimelidin hələ də endemik olduğu yeganə ölkələrdir.
XS
SM
MD
LG