Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:09

Hökumətlə bp davasının sonu… [Video]


İqtisadçı-ekspertlər İlham Şaban, Natiq Cəfərli və NHMK-nin sədri Mirvari Qəhrəmanlı bu haqda danışırlar.


-
Natiq Cəfərli:

«bp kimi transmilli şirkətlər avtoritar ölkələrdə daha rahat işləyirlər, nəinki demokratik ölkələrdə. Çünki demokratik ölkələrdə hər 4 ildən bir hakimiyyət dəyişir. Bu da onları dilxor edir ki, hər dəfə yeni hakimiyyətlə dil tapmaq lazımdır. Avtoritar ölkələrdə isə bir hakimiyyətlə danışırsan, bir siyasi qüvvə ilə dil tapırsan. Bilirsən ki, bu hakimiyyət nə qədər hakimiyyətdədir, deməli, kontraktdan kənar «centlmen sazişi»nin müddəti də bu qədərdir. Deməli, bir-birlərinə pas ötürməklə bu sürəci axıra qədər aparacaqlar. Amma təbii ki, bp-nin burda başqa problemləri var idi. Azərbaycan yeganə ölkələrdəndir ki, bp üçün indi çox rentabellidir. bp digər ölkələrdə ciddi problemlər yaşasa da, Azərbaycan onun üçün çox rahat pul qazanmaq ölkəsidir. Təbii ki, bp də bu sərfəli layihəni əlindən buraxmaq istəməyəcək. Bu da o deməkdir ki, Azərbaycan hökuməti, obrazlı desək, açıq müharibəyə heç zaman getməzdi. Burda güclər də, dünyada olan çəkisi də qeyri-bərabərdir. Amma bu görüntü üçün olan müharibədən İlham Əliyev qalib çıxdı. Bu da 2013-cü il seçkiləri üçün ciddi bir bünövrə yaratdı. Burda bp bir qədər İlham Əliyev üçün oynadısa, biz deyə bilmərik ki, bu danışılmış oyun idi, yoxsa danışılmış qol buraxdı. Amma ilkin olaraq belə bir təəssürat yaranır ki, bu danışılmış bir oyun idi...».

Mirvari Qəhrəmanlı:

«Bilmək olmaz ki, bp Azərbaycan hökumətinə hansı mesajlar verib. Mesajlarla bağlı Azərbaycan hakimiyyəti nə cür açıqlamalar verəcək? Yaşayarıq, görərik. Hələ bu xəmir çox su aparacaq. bp hansı ölkədə olursa, o ölkənin siyasətinə təsiri güclüdür. Həm siyasi müxalifət, həm iqtidar transmilli şirkətlərlə çox ehtiyatlı mövqe tuturlar. 92-93-cü illərdə YAP-ın, Heydər Əliyevin hakimiyyətə gəlməsində bp-nin müəyyən rolunun olduğunu cəmiyyət görüb…».

«Ümumiyyətlə, bu görüşlər gələn ilki seçkilərlə bağlı idi. Burda nə isə ilkin razılıq əldə olunub…».

İlham Şaban:

«Mən bp şirkətinin 93-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlməsində marağı olması fikri ilə razı deyiləm. Çünki bp şirkətinə Elçibəy kimi dövlət başçısının hakimiyyətdə olması daha sərf edirdi. Bu ərəfələrdə QHT üzvləri və müxalif
fikirli şəxslər də sosial şəbəkələrdə bp-ni tənqid edirdilər. Hətta bir xəbər yayılmışdı ki, «Exxon» Xəzərə boylanır. Onda çoxları yazırdı ki, kaş bp gedəydi, «Exxon» gələydi və amerikalılar burada demokratiyanı bərqərar edəydi. Onda mən yazdım ki, bp şirkətinin 45 faiz səhmləri amerikalılardadır. Mən deyərdim ki, İlham Əliyev hətta 2-0 qalib gəldi. Çünki bp şirkəti həm də o hədəfi gördü ki, reallıqda cəmiyyətdə onun əleyhinə kimlər dayanır…».
XS
SM
MD
LG