Keçid linkləri

2026, 12 Oktyabr, bazar ertəsi, Bakı vaxtı 22:39

Prezident idmançıları mükafatlandırıb

Azərbaycan prezidenti İlham Əliyev
Azərbaycan prezidenti İlham Əliyev
Azərbaycan prezidenti İlham Əliyev bir sıra idmançılara fəxri adlar, Azərbaycan Prezidentinin fərdi və xüsusi olimpiya təqaüdlərinin verilməsi haqqında sərəncamlar imzalayıb.

Prezidentin rəsmi saytının məlumatına görə, idmanın inkişafında xidmətlərinə görə Namiq Abdullayev, Məmməd Eyvazov, Rəhman Hətəmov və Ceyhun Məmmədova "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi", Yaşar Allahverdiyev , Fikrət Sideifzadə və Ramiz Yusifova isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilib.

Digər sərəncamla isə Olimpiya oyunları çempionu olan - Valeri Belenki, Toğrul Əsgərov, və Şərif Şərifova Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdləri verilib.
This item is part of
XS
SM
MD
LG