Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:39

ABŞ səfiri müxalifət partiyalarının rəhbərləri ilə görüşüb


-
Dekabrın 18-də ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar yerli müxalifət partiyalarının rəhbərləri ilə görüşüb.

Bu barədə AzadlıqRadiosuna Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər məlumat verib.

O, görüşdə nələrdən danışılmasının media üçün qapalı olması ilə əsaslandıraraq ətraflı məlumat verməyib. Bildirib ki, təxminən 2 saat davam edən görüşdə ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub. Xüsusilə 2013-cü il prezident seçkiləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, ACP sədri Sülhəddin Əkbər, ADP sədri Sərdar Cəlaloğlu, Ümid Partiyasının sədri İqbal Ağazadə, VHP Ali Məclisinin sədri Rafiq Manaflı, İctimai Palata adından Mehriban Vəzir və REAL Vətəndaş Hərəkatının həmtəsisçisi Erkin Qədirli iştirak edib.

Görüş ABŞ səfirliyində keçirilib. ABŞ səfiri ölkədəki vəziyyəti müzakirə etmək üçün ənənəvi olaraq belə görüşlər təşkil edir.
XS
SM
MD
LG