Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:25

Azərbaycanda Vergi Məcəlləsinə dəyişikliklər edilir


Bu gün Milli Məclisin iqtisadi siyasət komitəsində müvafiq qanun layihəsi müzakirə olunub.

Komitənin sədri Ziyad Səmədzadə bildirib ki, məcəllə qəbul olunarkən mükəmməl olsa da sonradan ölkə iqtisadiyyatında gedən inkişaf bu sahədə müəyyən dəyişikliklər zərurətini yaratdı.
O bildirib ki, ki, ümumilikdə Vergi Məcəlləsinin 129 maddəsinə dəyişikliklər ediləcək.

Vergilər nazirinin birinci müavini Natiq Əmirov bildirib ki, bu dəyişikliklər vergi yükünün azaldılması, vergi ödəyicilərinin hüquqlarının qorunması, vergi sistemi, vergi inzibatçılığı, nəzarətin gücləndirilməsi və s. məsələlərə aiddir.

Dəyişikliklərdə ali təhsil haqqının əlavə dəyər vergisindən azad edilməsi, fiziki şəxslər üçün 14 faizlik vergi həddinin aylıq, 2000 manatdan 2500 manatadək artırılması, aylıq gəlirin 2500 manatdan yuxarı olan hissəsindən tutulan gəlir vergisinin isə 30 faizdən 25 faizədək azaldılması nəzərdə tutulub.

İclasda “Dövlət rüsumu haqqında” qanuna təklif olunan dəyişikliklərə də baxılıb.
Sonda iki qanun layihəsi təsdiqlənmək üçün parlamentin plenar iclasına tövsiyə olunub.
XS
SM
MD
LG