Keçid linkləri

2017, 21 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 13:57

Nazir: «Elmi dərəcə alınması proseduru sadələşdirilməlidir»


Təhsil naziri Misir Mərdanov doktorantların və gənc tədqiqatçıların XVII Respublika Elmi Konfransında çıxışında belə deyib. Nazir Avropa ölkələri ilə müqayisədə Azərbaycanda elmi dərəcə alınması prosesində problemlər olduğuna diqqəti çəkib. Bildirib ki, Azərbaycanda da prosedur sadələşdirilməlidir:

«Azərbaycanda alimlərin, elmlər doktorlarının əksəriyyəti yaşlılardır. Bu məsələ məni çox narahat edir. Gənc alimlərin sayı elə də az deyil, amma onların sayının artırılması üçün indidən tədbirlər görülməlidir. İstəyirəm ki, elmi dərəcələrin müdafiəsi prosesinin sadələşdirilməsi üçün işlər görək».

Hazırda Azərbaycanda 30 mindən artıq elmi pedaqoji işçi var. Onlardan 1918 nəfəri elmlər doktoru, 8976 nəfəri fəlsəfə doktoru və elmlər namizədidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG