Keçid linkləri

2026, 25 İyun, cümə axşamı, Bakı vaxtı 01:55

Xaçmazda yol qəzasında 2 nəfər ölüb, 3 nəfər ağır yaralanıb

Dekabrın 17-dən 18-nə keçən gecə Xaçmaz rayonu ərazisində 2 nəfərin ölümü, 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, qəza Gəndob-Yalama yolunun Qusarçayın üzərindən keçən hissəsində qeydə alınıb. «Mercedes» markalı nəqliyyat vasitəsi əks istiqamətdə hərəkət edən «Tofaş» markalı avtomobillə toqquşub.

«Tofaş»ın sərnişinlərindən 2-si ölüb. Həmin maşında olan digər 2 sərnişin və «Mercedes»in sürücüsü ağır bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Onların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
This item is part of
XS
SM
MD
LG