Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:33

Misir müxalifəti yeni etirazlar planlayır


Arxiv foto: Misirdə etiraz aksiyası
Arxiv foto: Misirdə etiraz aksiyası
-

Misir müxalifəti tərəfdarlarının çərşənbə axşamı yeni konstitusiya layihəsinə qarşı kütləvi etirazlara başlayacağı gözlənilir. Müxalifət bildirir ki, islamçıların dəstəklədiyi yeni layihə bütün misirlilər üçün demokratik hüquqlar vəd etmir.

Müxalifət eləcə də şənbə günü səsverməsində pozuntuların olduğunu iddia edir. Konstitusiya layihəsinə səsvermənin ikinci raundu bu şənbə keçiriləcək.

Prezidenti dəstəkləyən «Müsəlman Qardaşları» bildirir ki, birinci raundda seçicilərin 57 faizi konstitusiyanı dəstəkləyib.

Misirin yeni baş prokuroru istefa ərizəsini yazıb. Onu vəzifəyə bir ay bundan əvvəl prezident Muhammad Morsi təyin etmişdi.

Bazar ertəsi səhər yüzlərlə prokuror Baş Prokuror Talaat İbrahimin ofisi qarşısına toplaşaraq istefasını tələb ediblər. Onun istefasına bazar günü Ali Ədliyyə Şurası baxmalıdır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG