Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:51

Uşaq bağçasında zəhərlənmənin səbəbləri açıqlandı


-
Binəqədi rayonu 138 saylı uşaq bağçasında baş vermiş zəhərlənmə ilə bağlı ekspertizanın nəticələri açıqlanıb.

Gigiyena və Epidemiologiya Mərkəzindən İmran Abdullayev AzadlıqRadiosuna bildirib ki, makaronlu toyuq ətində və uşaqlardan götürülmüş qusuntu mayesində stafilokoklar aşkar olunub:

«Bu, zəhərlənməni törədən mikroorqanizmdir. Arpa yarması şorbasında, əşya və qablarda isə bağırsaq çöpləri qrupu bakteriyaları aşkar edilib. Digər məhsullar və içməli su normal olub».

İmran Abdullayev deyib ki, zəhərlənmə əsasən makaronlu toyuq əti yeməyindən olub.

Dekabrın 13-də Binəqədi rayonu 138 saylı uşaq bağçasında kütləvi zəhərlənmə nəticəsində 11 uşaq xəstəxanaya yerləşdirilmişdi. Bir gün sonra onlar evə buraxılmışdı. Hadisə ilə əlaqədar «İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma» maddəsi ilə cinayət işi açılıb.
XS
SM
MD
LG