Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:43

«Eurovision»un milli seçim turu başlayır


-
Dekabrın 17-dən İsveçdə keçiriləcək «Eurovision -2013» mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin milli seçim turu başlayır.

İctimai Televiziyanın canlı efirində 80-ə yaxın namizəd özünü seçimlərdə sınayacaq. Milli seçimlər 8 həftə davam edəcək.

İlk həftədə 9 iştirakçı yarışacaq. Bunlar «New skin» qrupu, Cahangir Qasımzadə, Mədinə Muradxanova, Vüqar Muradov, Anna Zemçenko, Nigar Əlizadə, Elgiz Məmmədov, Rinat Alimov və Tomris Naiblidir.

Bazar ertəsi «Eurovision» hitlərinə, çərşənbə axşamı Azərbaycan estradasına, çərşənbə dünya hitlərinə, cümə axşamı səhnə şousuna ayrılıb. İştirakçı ilk dörd gün ifa etdiyi mahnılardan birini cümə günü yenə oxuya bilər.

Təmsilçi həm münsiflər heyəti, həm də tamaşaçı səsverməsi ilə müəyyənləşəcək.

Cümə günü isə beş günün qalibi müəyyənləşəcək.
XS
SM
MD
LG