Keçid linkləri

Təcili xəbərlər
2021, 12 Aprel, Bazar ertəsi, Bakı vaxtı 01:46

Nigar Yaqublunun məhkəməsi davam edir


Dekabrın 17-də Abşeron Rayon Məhkəməsində müsavatçı gənc Nigar Yaqublunun mühakiməsi davam edib.

Məhkəmə prosesində avtomobil qəzasında həlak olmuş Aydın Acalovun oğlu Rəşad Acalovun ifadəsi oxunub. Həmin ifadəni Rəşad Acalov avqustun 28-də istintaqa verib. İfadəsində Rəşad Acalov bildirib ki, qəza ehtiyatsızlıq üzündən baş verib, onun heç bir şikayəti yoxdur.

Nigar Yaqublu ifadəsində bildirib ki, qəza VAZ-2107 markalı avtomobilin ucbatından baş verib. Deyib ki, sürücülük vəsiqəsi olmasa da, sürücülük təcrübəsi olub, müntəzəm avtomobil idarə edib.

Müdafiə tərəfi bu günkü prosesdə iki vəsatət qaldırıb. Vəsatətlərdən biri Nigar Yaqublunun həbsinin ev dustaqlığı ilə əvəz olunması, digəri avtomobil qəzası ilə bağlı təkrar ekspertizanın keçirilməsi haqqındadır.

Məhkəmə saat 3-dən sonra davam edəcək.

Nigar Yaqublu sentyabrın 11-də tutulub. Həbs müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır. Qəza avqustun 25-də Bakıda baş verib. Aydın Acalovun maşını Ağcabədi rayon sakini Sadiq Xəlilovun idarə etdiyi «KAMAZ» markalı avtomaşınla toqquşub. Aydın Acalovun avtomobilini Nigar Yaqublu idarə edib. İstintaq bildirir ki, qəza Nigar Yaqbulunun təqsiri üzündən baş verib.
XS
SM
MD
LG