Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 13:19

Maştağa Bakıya daxildir, ya yox?


-

Dar küçələrdə yola bitişik evlər, qapıların ağzına yığılan yağış suları, suyun içində velosiped sürən uşaqlar və narazı kənd camaatı... Maştağadayıq...

Maştağalıların problemi var. Onlar kənddə mavi yanacağın və kanalizasiya sisteminin olmadığından gileylidirlər. Kənddə hər evə qaz xətti çəkilsə də, kənd sakinləri, bu prosesin hər il təkrarlandığını, nəticəsinin olmadığını deyir.

Zərifə Hüseynova
Zərifə Hüseynova
Maştağa sakini Zərifə Hüseynova: «Kənddə su xətti yox, işıq fasilələrlə verilir, qaz isə yerli-dibli yoxdur. Quyu suyundan istifadə edirik. Kanalizasiya sistemi desən, camaat çirkab suları çalalara axıdır. Həmin o çirkab sular dolur quyulara. Bax, biz həmin suyu içirik».

Kənd sakini Xeyranisə Balayevanın qapısı kanalizasiya sularının dolduğu çökəkliyə açılır:

«Asfaltın suyu həyətimə axır. Yaşlı adamam bir dəfə fikirli olsam boğulub öləcəyəm».

Sakinlər kənddəki problemi təkcə çirkab sularına, ya da qazsızlığa bağlamırlar. İşsizlik onların vurğuladıqları problemdir.

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı sahəsində qəbul edilmiş dövlət proqramları çərçivəsində yeni iş yerlərinin açılması nəzərdə tutulub. «2011-13-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nda yeni müəssisə və iş yerlərinin açıldığı xüsusi qeyd olunub.

Borc yazılan kartlar
Borc yazılan kartlar
Qaz məsələsinə gəlincə, Maştağada da mavi yanacaq kart sisteminə keçirilib. Ancaq biz olduğumuz bəzi məhəllələrdə qazın olmadığını, evlərin odun sobası ilə qızdırıldığını gördük. Üstəlik, maştağalılar kartlara borc yazıldığından şikayət edirlər.

208 Maştağa sakini martda problemləri ilə bağlı prezidentə, Heydər Əliyev Fonduna, Milli Məclisin sədri Oqtay Əsədova, baş nazirə, Bakı Şəhər İcra Hakimiyyətinə məktub göndərib. Cavab gözləyirlər.

BAKIDA QAZ PROBLEMİ QALMAYIB?

Məsələyə münasibət öyrənmək üçün Maştağa bələdiyyəsi ilə əlaqə saxladıq. Özünü Zakir kimi təqdim edən bələdiyyə nümayəndəsi kəndin bəzi yerlərində qazın olmadığını təsdiqlədi:

«Amma bu, bələdiyyənin səlahiyyətində olan iş deyil. Ətraflı məlumat almaq üçün Sabunçu rayon Qaz İdarəsinə müraciət edin».

«2011-13-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»na 300 milyon, 308 min manat vəsait ayrılıb. Proqram haqqında olan sənəddə deyilir ki, «Bakı şəhərinin 97 faizi qazlaşdırılıb, əhalinin elektrik enerjisinə olan tələbatını təmin etmək məqsədilə elektrik stansiyaları tikilib».
XS
SM
MD
LG