Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:01

Ahmadinejad Türkiyəyə səfərini təxirə salıb


Türkiyənin «Anadolu» agentliyi xəbər verir ki, İran prezidenti Mahmud Ahmadinejad Türkiyənin Konya vilayətinə planlaşdırılmış səfərini ertələyib. «Anadolu» diplomatik mənbələrə istinadla bildirir ki, səfər qrafik problemləri üzündən baş tutmayıb.

Ahmadinejad-ı Konyaya baş nazir Recep Tayyip Erdogan 13-cü əsr sufi şairi Ruminin anım tədbirlərinə dəvət etmişdi.

Suriya münaqişəsi və digər məsələlər üzündən Türkiyə və İran arasında gərginlik yaranıb.

Türkiyə Suriya prezidenti Bashar al-Assad-ı hakimiyyətdən getməyə çağırıb, İran isə Suriya rejiminin dostu olaraq qalır. İran NATO-nun Türkiyə-Suriya sərhədinə patriot raketləri yerləşdirməsinə qarşı çıxır.

Türkiyə İrandan enerji idxal edir.
XS
SM
MD
LG