Keçid linkləri

2024, 22 May, çərşənbə, Bakı vaxtı 12:39

Ban Ki-moon Suriyadan narahatdır


Arxiv foto: Suriya
Arxiv foto: Suriya
-

BMT baş katibi Ban Ki-moon Suriyada son günlər «zorakılığın dramatik şəkildə artmasından» narahatlığını bildirib.

Ban yazılı bəyanatında bildirib ki, Hama yaxınlığındakı Aqrab kəndində sakinlərin kütləvi öldürülməsi, eləcə də bəzi yerlərdə uzaq mənzilli raketlərin atılması barədə məlumatlar var.

Bəyanatda deyilir ki, Dəməşqdə bir qaçqın düşərgəsində fələstinlilərin ölümü ilə nəticələnən hava bombardmanı «ciddi» narahatlıq yaradır. Hökumət qüvvələri və yaraqlılara xatırladılır ki, mülki şəxslərin nişan alınması hərbi cinayətdir.

Bundan əvvəl Suriyanın vitse-prezidenti Faruq al-Sharaa Livan qəzetinə deyib ki, nə Prezident Bashar al-Assad, nə də müxalif yaraqlılar vətəndaş müharibəsində qalib gələ biləcək.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG