Keçid linkləri

2026, 09 Avqust, bazar, Bakı vaxtı 15:17

Yaponiyanın baş naziri Yoshihiko Noda məğlubiyyətini etiraf edib

Yoshihiko Noda
Yoshihiko Noda
Yaponiyanın baş naziri Yoshihiko Noda parlament seçkisində məğlubiyyətini etiraf edib və Demokrat partiyasının liderliyindən istefa verdiyini bəyan edib.

Ekzitpolun ilkin nəticələrinə görə, parlamentin aşağı palatasındakı 480 yerdən təxminən 310-nu Liberal-demokrat partiyası qazanıb.

Liberal-demokrat partiyasının lideri Shinzo Abe Yaponiyanın müharibə eləməsi və hərbi gücünü artırmaması ilə bağlı konstitusiyadakı maaddəyə yenidən baxılmasını istəyir.

Son vaxtlar mübahisəli adalara görə, Yaponiya ilə Çin arasında münasibətlər xeyli kəskinləşib.
This item is part of
XS
SM
MD
LG