Keçid linkləri

2026, 07 Oktyabr, çərşənbə, Bakı vaxtı 02:24

Qar Bakı-Rostov yolunda tıxaca səbəb olub

Bakı-Rostov yolu
Bakı-Rostov yolu
-

Bakı-Rostov yolunun təqribən 90 kolimetrliyində - Siyəzənin Zarat kəndi ərazisindən keçən avtomobil yolunda iri tıxac yaranıb. Səbəb magistral yolun axşamdan yağan qardan təmizlənməməsi və buz bağlamasıdır.
Yolda 4 saatdan artıqdır avtomobillərin hərəkəti tam dayanıb.

Sürücülər deyir ki, belə getsə, yolda gecələmək məcburiyyətində qalacaqlar. Onlar yol polislərinin tədbir görməməsindən şikayətlənirlər. Sürücülər əraziyə qarı təmizləmək üçün texnika cəlb olunmasını tələb edirlər.
DYP Zarat postunun yol patrul xidmətinin əməkdaşları AzadlıqRadiosuna bildiriblər ki, yolların qardan təmizlənməsi üçün əraziyə traktor gətirilməsinə çalışırlar. Yol polisləri magistral yolda tezliklə avtomobillərin hərəkətinin təmin olunacağını deyirlər.

Bakı-Rostov yolunda qalan sürücü
Bakı-Rostov yolunda qalan sürücü
This item is part of
​
XS
SM
MD
LG