Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 12:09

Azəri vəkilin dramı - [Video]


İntiqam Əliyev İstanbul airoportunda baş verənlərdən danışır
Gözlə

No media source currently available

0:00 0:02:08 0:00

İntiqam Əliyev İstanbul airoportunda baş verənlərdən danışır

-

Təxminən bir il öncə 2011-ci il dekabrın 6-da İstanbulun Atatürk hava limanında Azərbaycanın tanınmış hüquqçusu, Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevin üzləşdiyi bir olay Türkiyədə media gündəminə də damğasını vurub.

«Cümhuriyet» qəzeti dekabrın 17-də «Bakırköy 12-ci Asliye Ceza Mahkemesi»ndə (ilk pillə cinayət məhkəməsində- tərc.) başlayacaq və bir gün sonra «Bakırköy 4-cü Sülh Ceza Mahkemesi»ndə davam etdiriləcək çəkişməyə diqqət ayıraraq Hilal Köse-nin yazısını dərc edib. AzadlıqRadiosu həmin yazının Azərbaycan dilinə uyğunlaşdırılmış tam mətnini diqqətinizə yetirir:
«Ölkəsinə qayıdan baş yolüstü bir neçə saatlığa Türkiyədə gözləməli olan azəri vəkilin başına gəlməyən qalmadı... Atatürk Hava Limanında gözaltına alındı, döyüldü, ölkədən çıxarıldı.
Əliyevin ilk davası sabah «Bakırköy 12-ci Asliye Ceza Mahkemesi»-ndə başlayacaq. İkinci dava isə dekabrın 18-də- çərşənbə axşamı «Bakırköy 4-cü Sulh Ceza Mahkemesi»-ndə gerçəkləşəcək. Yaşadıqları üzündən AİHM-ə baş vuran Əliyev də Azərbaycandan gəlib məhkəmə çəkişmələrinə qatılacaq.
İctimai fəal olan 50 yaşlı vəkil Əliyev, 6 dekabr 2011-ci il gecəsi Litvadan öz ölkəsinə qayıdırdı. Təyyarəni dəyişdiyi Atatürk Hava Limanında pasport nəzarətini gerçəkləşdirən polisin danışıq tərzinə təpki göstərincə, dartışma çıxdı. Pasportları yoxlayan polisə «amele» («işçi», öz işini görən «fəhlə, bu kontekstdə «buyruqqulu» anlamına gəlir- tərc.) dediyini əsas götürüb ondan üzr istəməsi tələb edildi. Üzr diləmədiyindən, o, bir müddət «Problemli Sərnişin Otağı»nda gözlədildi. Sonra da gözaltına alındı. 7 dekabr günü saat 21.15-ə qədər polis məntəqəsində saxlandı. Polislərin sərt davranışı ertəsi gün də dəyişməmişdi. Əliyev yeni biletin pulunu ödəyəndən sonra sınırdışı edildi. Ona qarşı güc tətbiqini Bakıdakı həkimlər də sənədləşdirdi. Üzündə, başında, vücudunun alt hissələrində zərbə izləri qeydə alındı. Əliyev 16 dekabr 2011-ci ildə «Bakırköy Cumhuriyet Başsavcılığı»na (respublika baş prokurorluğuna – tərc.) şikâyət etdi. Polislərin bir neçə dəfə onu döyüb-yumruqladığını, əliboxovlu gəzdirildiyini, yalnız təyyarəyə minməsinə bir neçə dəqiqə qalmış boxovların açıldığını söylədi. Prokurorluq iddiaların mücərrəd olduğunu bildirərək, 2012-ci il yanvarın 3-də sübut çatışmazlığından polisləri suçlu saymadı. Əliyevin bu qərara etirazı da rədd edildi.
Polis məmurlarının şikayətinə əsasən, Əliyev haqqında bütövlükdə 5 ildən 12 ilədək həbs istəndi və beləcə 2 ayrı məhkəmə işi açıldı. «Bakırköy Cumhuriyet Başsavcılığı»nın hazırladığı iddianamələrdə Əliyevin «Tərbiyəsiz, sənin müdirin kimdir? Buyruqqulu, süründürəcəyəm sizi, görəcəksiniz» dediyi önə sürüldü. İttihamçılar Əliyevin ifadesini almağa belə gərək duymadılar.
«SARSILDIM»
Əliyev məhkəməyə göndərdiyi diləkçədə (ərizədə- tərc.) «Atatürk Hava Limanında yaşanan şiddətdən çox sarsıldım. Amma məni daha çox sarsıdan o şillə və zərbələr deyil, bir çox insanın, polislərin, təhlükəsizlik əməkdaşlarının gözü önündə baş versə də, insanların qorxudan yardımçı olmaq istəməməsi, vəzifəsi sərnişinlərin güvənliyini qorumaq olan polislərin «kəs» «sus», «danışma» deyərək zorakılığa əl atanlara dəstək olması idi» - dedi».
16 dekabr 2012
XS
SM
MD
LG