Keçid linkləri

2026, 18 İyul, şənbə, Bakı vaxtı 10:38

Misirdə islamçılar referendumda ilkin qələbə çaldıqlarını deyirlər

Foto arxiv
Foto arxiv
Misirdə keçirilən referendumun 1-ci mərhələsinin ilkin nəticələrinə görə, seçicilərin təxminən 57 faizi yeni konstitusiya layihəsinə hə deyib.
Bu barədə Reuters agentliyi prezident Mohammad Morsinin tərəfini saxlayan “Azadlıq və ədalət” partiyasının nümayəndələrinə istinadla xəbər verir.

Seçicilər fəallıq göstərdiyindən hakimiyyət səsvermənin vaxtını uzatmalı olub.

Seçkinin ilkin mərhələsində Qahirə və İsgəndəriyyə də daxil olmaqla 10 əyalət səs verib.
Gələn şənbə günü isə digər əyalətlərdə referendumun 2-ci mərhələsi keçiriləcək.

Müxalifətdə olan “ Milli qurtuluş” cəbhəsi isə referendum zamanı qanun pozuntularına yol verildiyini deyir.
Müxalifət yeni konstitusiya layihəsinin islam yönümlü olduğunu və bütün vətəndaşların maraqlarına cavab vermədiyini deyir.
This item is part of
XS
SM
MD
LG