Keçid linkləri

2026, 18 İyun, cümə axşamı, Bakı vaxtı 08:40

Xəzərdə köməksiz qalan şəxs axtarılır

Arxiv foto
Arxiv foto
-
Fövqəladə Hallar Nazirliyi mühərrikli qayıqla dənizə çıxmış Əhmədağa Şükürovun axtarışlarını davam etdirir. O Bakının Pirallahı qəsəbəsindən Cilov adasına ərzaq aparırmış.
Əhmədağa Şükürov qohumlarına zəng edərək qayığın mühərrikinin xarab olduğunu və dənizdə köməksiz vəziyyətdə qaldığını bildirib.

Nazirliyin saytında yerləşdirilən məlumatda belə deyilir. Qohumların müraciətindən sonra FHN-nin Aviasiya dəstəsinin helikopteri axtarışlara cəlb olunub. Axtarışlar hələlik bəhrəsini verməyib.
This item is part of
XS
SM
MD
LG