Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:14

ABŞ-da 4 gün matəm elan edilib


Foto arxiv
Foto arxiv
ABŞ-ın Konnektikut ştatındakı faciəyə görə dekabrın 18-dək ölkədə matəm günü elan edilib.

20 yaşlı Adam Lanza Nyutaun şəhərindəki orta məktəblərdən birində atəş açaraq azı 27 nəfəri öldürüb.

Ölənlərin əksəriyyəti 5-10 yaş arasında olan uşaqlardır.

ABŞ prezidenti Barack Obama gələcəkdə bu cür hallara yol verilməməsi üçün xalqı həmrəylik və reallığa çağırıb.
Ölkədəki kilsələrdə matəm mərasimləri keçirilir.
Vaşinqtonda isə yüzlərlə adam nümayişə çıxaraq silah gəzdirməyə nəzarətin gücləndirilməsini tələb ediblər.

Adam Lanza cinayəti törətməzdən əvvəl evdə anasını da öldürüb.
Hazırda onun atası və qardaşı istintaqa kömək edirlər.

Azərbaycan da daxil olmaqla dünya ölkələri ABŞ prezidenti və Amerika xalqına başsağlığı verir.
XS
SM
MD
LG