Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:04

Rusiya məmurlarına qadağalar nəzərdə tutan ABŞ qanunu qüvvəyə mindi



ABŞ prezidenti Barack Obama (Barak Obama) rusiyalı anti-korrupsiya fəalı və vəkil Sergei Magnitsky-nin (Sergey Maqnitski) ölümündə əli olan rəsmilərə sanksiyalar nəzərdə tutan qanunu imzalayıb. Qanun prezidentdən qarşıdakı 120 gün ərzində sanksiyalar tətbiq olunacaq Rusiya məmurlarının siyahısını açıqlamağı tələb edir. Amma prezident istəsə bəzi adları gizli də saxlaya bilər.

Siyahıda göstərilən adamların ABŞ-a səfərlərinə qadağa və başqa sanksiyalar nəzərdə tutulur.

Sergei Magnitsky yüksək rütbəli məmurları külli miqdarda korrupsiyada ittiham edən sənədlər yayandan sonra həbs edilib. 2009-cu ildə isə Moskvada həbsxanada müəmmalı şəkildə vəfat edib. İnsan haqları fəalları onun həbsxanada öldürüldüyünü iddia edirlər. Moskva bu ittihamları rədd edir.

Bu qanundan qəzəbli olan Moskva da “insan haqları pozuntularına” görə ABŞ-dan olan məmurlara sanksiyalar tətbiq edəcəyi ilə hədələyir.

Dekabrın 14-də Rusiya Dövlət Dumasında ABŞ-dakı “Magnitsy qanunu”na cavab olaraq hazırlanmış qanun layihəsi ilk oxunuşda qəbul edilib. Gələn həftə sənədin ikinci və üçüncü oxunuşlarda da qəbulu gözlənir. Bundan sonra qanun layihəsi parlamentin yuxarı palatasına, orda təsdiqdən sonra isə imzalanmaq üçün prezidentə göndəriləcək.
XS
SM
MD
LG