Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:07

Müavini Baş nazirin təzədən təyinatına etiraz edərək istefa verib


Ukraynada Baş nazirin birinci müavini Valeriy Khoroshkovsky (Xoroşkovski) müvəqqəti hökuməti tərk etdiyini bildirib. O, əvvəlki Baş nazir Mykola Azarov-un ikinci dəfə öz vəzifəsinə təyin olunmasına etiraz etdiyini bildirir. Keçmiş Birinci müavini Azarovu həm də iqtisadi islahatlar aparmağa qadir olmayan siyasətçi kimi təqdim edib.

Ukraynada son parlament seçkisində nazirlərin, o cümlədən də Baş nazir Mykola Azarovun özü deputat seçilib. Buna görə dekabrın əvvəlində prezident hökuməti istefaya göndərmişdi. Amma yeni hökumət seçilənə qədər əvvəlki nazirlər vəzifələrini icra edirdilər.
Dekabrın 13-də keçirilən ilk iclasında isə yeni parlament Azarovu təzədən öz vəzifəsinə təsdiq edib.

Parlamentin yeni tərkibində əksəriyyəti prezidentin tərəfdarları təşkil edir. Müxalifət prezident Viktor Yanukovich-i (Viktor Yanukoviç) seçkini saxtalaşdırmaqda ittiham edir.
XS
SM
MD
LG